08 Sentyabr 2021
16:57
22794

Poliklinikaya giriş üçün COVID-19 pasportu tələb edilir? - AÇIQLAMA + FOTO

Bakı şəhərində fəaliyyət göstərən 3 saylı uşaq poliklinikasının qapısına COVID-19 pasportu olmadan girişin qadağan olunması ilə əlaqədar elan yerləşdirilib.

İslahat.az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq poliklinikanın girişindən bildiriş aradan qaldırılıb:

"Yayılan elanla bağlı poliklinikanın rəhbərliyinə xəbərdarlıq edilib. Eyni zamanda, qapıdan asılan bildiriş götürülüb”.

 

İslahat.az