04 Aprel 2020
12:05
549

Pink koronavirusa yoluxub

Amerikalı müğənni Pink koronavirusa yoluxduğunu açıqlayıb.
İslahat.az "TASS” istinadən xəbər verir ki, bunu Pink öz "Twitter” səhifəsində yazıb.
"İki həftə öncə mən və oğlumda COVID-19-un simptomları əmələ gəlmişdi. Xoşbəxtlikdən, bizi müalicə edən həkim üçün koronavirus testləri əlçatan idi. Mənim testimin nəticəsi pozitiv çıxdı”, - müğənni bildirib.
Pink həmçinin ailəsinin iki həftə boyunca evdə qaldığını və həkimlərin təlimatına əməl etdiyini deyib.
"Bir neçə gün öncə biz yenidən test etdik və Allaha şükür, nəticəsi neqativ oldu”, - ifaçı əlavə edib.
Səhiyyə işçilərinə dəstək adına Pink Filadelfiya xəstəxanası və Los-Anceles merinin böhran fonduna 1 milyon ABŞ dolları ianə edib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 117 000-i ötüb. Bunların 228 994 nəfəri sağalıb, 59 203 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
İslahat.az