26 Avqust 2021
12:00
21682

“Pfizer”in üçüncü dozası antitel səviyyəsini 3 dəfədən çox artıracaq

COVID-19 əleyhinə peyvəndin üçüncü dozasını ABŞ-da təsdiq etmək üçün müraciət etməyə hazırlaşan "Pfizer” əczaçılıq şirkəti yeni açıqlama ilə gündəmə gəlib. 
 
İslahat.az xəbər verir ki, "Pfizer” tərəfindən verilən açıqlamaya əsasən, peyvəndin üçüncü dozası virus əleyhinə mübarizədə ikinci doza ilə müqayisədə üç dəfədən çox güclü olacaq. 

Şirkət iddia edir ki, aparılan araşdırmalar ikinci dozadan 5-8 ay sonra vurulan üçüncü dozanın antitel səviyyəsini 3.3 dəfə artırdığını ortaya çıxarıb.
Peyvənin üçüncü dozasının əks təsirləri isə tam detalları ilə açıqlanmayıb. Ancaq əks təsirlərin ikinci dozadakından fərqli olmadığı bildirilib.
"Pfizer” və onun alman şirkəti olan ortağı "BioNTech” bu həftə ABŞ -da 16 yaş və yuxarı şəxslər üçün peyvəndin üçüncü dozasının təsdiqlənməsi istiqamətində müraciətini tamamlayacaq.

Qeyd edək ki, "Pfizer/BioNTech” vaksininin üçüncü dozası ABŞ-da yalnız 12 yaş və ondan yuxarı immun sistemi xəstəliyi olanlar üçün təcili istifadə məqsədilə təsdiq edilib.

İslahat.az