17 Noyabr 2021
17:01
20370

“Pfizer” ağır koronavirus xəstələri üçün yeni dərman hazırladı - Ölümdən qoruyur

ABŞ-ın əczaçılıq şirkəti "Pfizer” yeni növ koronavirusa (COVID-19) qarşı hazırladığı oral preparatın orta və yüksək riskli xəstələrdə istifadəsi üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət edib.

İslahat.az xəbər verir ki, "Pfizer” tərəfindən verilən açıqlamaya görə, COVID-19-a qarşı hazırlanmış dərman FDA tərəfindən təsdiqlənərsə, bir neçə həftə ərzində "Paxlovid" adı ilə satışa çıxarılacaq.

ABŞ-ın əczaçılıq şirkəti, dərmanın orta və yüksək riskli xəstələrdə xəstəxanaya yerləşdirmə vəölüm nisbətlərini 89 faiz azaltdığını açıqlayıb. ABŞ-ın başqa bir əczaçılıq şirkəti olan "Merck” COVID-19-a qarşı hazırladığı dərmanın təcili istifadəsinə icazə almaq üçün oktyabrın 11-də FDA-ya müraciət etdi. İngiltərə "Merck” tərəfindən istehsal olunan "Molnupiravir" dərmanının istifadəsinə icazə verən ilk ölkə olub.

"Merck” şirkəti bildirib ki, molnupiravir virusa yeni yoluxmuş insanlarda xəstəxanaya yerləşdirmə və ölüm riskini 50 faiz azaldır.

İslahat.az