13 Yanvar 2020
17:51
686

Pərviz Müşərrəfə çıxarılan ölüm hökmü ləğv edildi

Lahor Ali Məhkəməsi Pakistanın eks-Prezidentinə dair cinayət işinə baxılması üçün xüsusi komissiyanın yaradılmasını ölkə konstitusiyasına zidd hesab edərək, çıxarılan edam hökmünü ləğv edib.

İslahat.az xəbər verir ki, bu barədə məlumatı "Geo” TV yayımlayıb.

 

27 dekabrda isə yayımlanan xəbərə əsasən, keçmiş Prezident ona qarşı çıxarılan ölüm hökmündən Lahor Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdi. 

Xatırladaq ki, 2019-cu ilin 17 dekabrında Pakistanın xüsusi məhkəməsi ölkənin keçmiş Prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarıb.

İslahat.az