08 İyun 2021
16:26
10580

Parlament qanuna dəyişiklik etdi: Qarabağ qazilərinə daha iki güzəşt

"Qarabağ qazilərimiz daha iki güzəştdən faydalana biləcəklər".

İslahat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Milli Məclisin növbədənkənar plenar iclasında təqdim etdiyi "Dövlət Rüsumu haqqında” Qanuna edilən dəyişikliklərdən danışarkən deyib. O bildirib ki, yeni qərara əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulur:

"Layihə parlamentdə birinci oxunuşda artıq qəbul olundu. Bu layihə Parlamentin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq komitəsi tərəfindən hazırlanıb. Layihə fiskal xarakter daşımaqla yanaşı, sosial təşəbbüs kimi də qiymətləndirilir".