02 Sentyabr 2021
13:12
22543

Paralimpiya Oyunları: Taekvondoçularımız medala bir qədər də yaxınlaşdılar - FOTO + YENİLƏNİR

Daha bir taekvondoçumuz İmaməddin Xəlilov Paralimpiya Oyunlarında bürünc medal üçün təsəlliverici yarışın qalibi olub.

İslahat.az-ın xəbərinə görə, o, Yaponiyadan olan rəqibini 20:15 hesabı ilə məğlub edib.

Beləliklə, Röyalə Fətəliyeva və İmaməddin Xəlilov ikinci təsəlliverici görüşə çıxacaqlar. Röyalə Viktoriya Marçukla (Ukrayna), İmaməddin Bofa Konqla (Fransa) görüşəcək. Həmin döyüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 14:30 və 14:45-dən etibarən başlayacaq. 

12:38

Taekvondoçumuz Röyalə Fətəliyeva ilk təsəlliverici görüşdə qalib olub.

Oxu.Az-ın xəbərinə görə, təsəlliverici yarışda dayanq üzərinə onun Hindistandan olan rəqibi çıxmadığından, idmançımıza texniki qələbə verilib.

Qeyd edək ki, digər taekvondoçumuz İmaməddin Xəlilov Bakı vaxtı ilə saat 12:45-dən etibarən yerli idmançı Mitsuya Tanaka (Yaponiya) ilə qarşılaşacaq.

08:10

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında taekvondo yarışlarına start verilib.

Oxu.Az xəbər verir ki, bu gün iki taekvondoçumuz mübarizəyə qoşulub.

Lakin hər iki cüdoçumuz 1/8 finalda – ilk görüşündə uduzub. Belə ki, Röyalə Fətəliyeva (-49 kq) Xvansuda Fuanqkitçaya (Tailand) 4:17, İmaməddin Xəlilov (-61 kq) Daniil Sidorova (Rusiya) 19:25 hesabı ilə uduzub.

Onlar bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Royalənin rəqibi artıq bəllidir. O, Bakı vaxtı ilə saat 12:30-dan etibarən Aruna (Hindistan) ilə qarşılaşacaq.