31 Avqust 2021
17:08
22239

Paralimpiya Oyunları: Azərbaycan ilk gümüş medalı qazandı

Azərbaycan Milli Paralimpiya Komandasının atletika idman növü üzrə təmsilçisi Lamiyə Vəliyeva (T13) 100 metr məsafəyə qaçışda Paralimpiya Oyunlarında ölkəmizə ilk gümüş medalı qazandırıb.

İslahat.az xəbər verir ki, o, 11.99 saniyəyə finişə çatıb.

Finalda çıxış edən digər sprinterlərimiz – Yelena Çebanu və Yuliya Yanovskaya medal qazana bilməyib.

Bununla da Azərbaycanın medallarının sayı 15-ə çatıb. Ölkəmiz indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

İslahat.az