26 Noyabr 2018
11:00
3126

Orta təhsili bitirə bilməyənlər üçün imtahan keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

İslahat.az Ölke.Az-a istinadən xəbər verirki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanları dekabrın 25-26-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Qeydiyyat və sənəd qəbulu noyabrın 26-dan dekabrın 14-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Ərizələri BŞTİ-də qəbul edilən eksternlər dekabrın 20-21-də saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.