16 Oktyabr 2020
20:42
1363

"Onların məqsədi döyüşmək deyil, hərbi cinayət törətməkdir" - Asim Mollazadə

Xəbər verdiyimiz kimi, bu gün ermənilərin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.

Maraqlıdır, belə olan halda Naxçıvan boyu ikinci cəbhənin açılması gözlənilirmi? Azərbaycan Ordusu Naxçıvan ərazisindən işğal olunmuş ərazilərimizdəki terrorçulara qarşı əks həmlələr edəcəkmi?

İslahat.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə ermənilərin Naxçıvanda mülki əhalini hədəf alacağı təqdirdə Azərbaycan ordusunun bir neçə saata İrəvanda olacağını bildirib:

"Ermənilər Naxçıvanda mülki əhalini hədəfə alsalar, çox ciddi zərbə alacaqlar. Ermənilərin əsas məqsədi mülki əhalini hədəfə alıb, qorxu yaratmaqdır. Bunu Ermənistanın baş nazirinin hərbi müşaviri də Rusiya kanalına açıqlamasında bildirib.

Onların məqsədi döyüşmək deyil, hərbi cinayət törətməkdir. Əgər onlar Naxçıvana hücum edib, mülki əhalini hədəf alsa iki saat ərzində Azərbaycan ordusu İrəvanda olacaq”.
 
İslahat.az