01 Dekabr 2021
12:12
23437

“Omikron”un yeni simptomları

Koronavirusun "Omikron” ştammına yoluxmuş şəxslərin simptomları məlum olub.

İslahat.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay bildirib.

Onun sözlərinə görə, hələ ki, xəstəlik "çox yüngül” formada özünü göstərir, lakin hələ nəsə demək tezdir:

"Biz qrip simptomları, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələri gördük. Düşünürəm ki, bu, gördüyümüz bütün digər COVID-19 dalğaları ilə əlaqəlidir”.

Bundan əvvəl Cənubi Afrika Tibb Assosiasiyası şiddətli yorğunluğu koronavirusun "Omikron” ştammının əsas əlaməti adlandırmışdı. Eyni zamanda, xəstələrin heç birində dad və qoxu itkisi müşahidə olunmayıb.

İslahat.az