14 Fevral 2022
17:13
20639

“Omikron”un 3 yeni simptomu açıqlandı – Sizdə bu hallar varsa…

Koronavorusun indiyədək ən yoluxucu variant olan "Omikron”un baş ağrısı, öskürək və yorğunluq kimi əlamətlərinə yeniləri də əlavə olunub.

İslahat.az xəbər verir ki, virusun "Omikron” variantına yoluxmuş xəstələrdə müxtəlif simptomlar olsa da, bir çox xəstələr soyuqdəyməyə bənzər yüngül simptomlardan şikayət edirlər. Bəzilərində isə ağır simptomlar müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər təşkilatlar tərəfindən aparılan araşdırmalar simptomları və onların arxasında duran səbəbləri açıqlayıb.

ÜST-nin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Maria Van Kerkhove Omikrona yoluxmuş insanlarda onlarla əlamət ola biləcəyini söyləyib:

"Biz bilirik ki, "Delta” ilə müqayisədə "Omikron”a yoluxduqda xəstəxanaya yerləşdirilmə riski orta hesabla daha azdır, lakin bu, onun yüngül xəstəlik olduğu demək deyil".

"Omikron” xəstələrinin əksəriyyəti boğaz ağrısı, şiddətli bədən ağrıları, yorğunluq, şiddətli baş ağrısı kimi soyuqdəyməyə bənzər simptomlarla üzləşirlər.

Böyük Britaniyanın London Kral Kolleci tərəfindən istifadəyə verilmiş "ZOE COVID Study” adlı tətbiq istifadəçilərdən yeni simptomlarla bağlı məlumatları bazasına toplayır.

Tətbiq vasitəsilə əldə edilən məlumatlara əsasən son vaxtlar "Omikron” xəstələrində ishal, iştahsızlıq və qarın ağrısı kimi mədə-bağırsaq simptomları ilə bağlı daxil edilən informasiyaların sayı artıb. Digər tərəfdən, yoluxmuş insanlar üç klassik COVID-19 simptomu - öskürək, qızdırma və iybilmənin itməsi haqda daha az məlumat daxil ediblər.

Mütəxəssislər bildiriblər ki, simptomların bu qədər geniş olması səbəbindən xəstəliyin konkret diaqnozunu müəyyənləşdirmək çətinləşib.

İslahat.az