14 Yanvar 2022
11:30
21788

“Omicron”un xüsusi simptomları hələ də öz təsdiqini tapmayıb” - Baş infeksionist

"Üst tənəffüs yolları viruslarını ilk baxışda bir-birindən ayırd eləmək o qədər də asan deyil. Çünki simptomlar qeyri-spesifikdir. İstənilən virus xəstəliyində eyni simptomlara rast gələ bilərik”.

İslahat.az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov İTV-də "Diqqət mərkəzi” verilişində deyib.F.Sədirov bildirib ki, bunlar öskürək, baş, əzələ ağrıları, temperatur, burun axıntısı, gözdəki iltihabi əlamətlərdir:

"Bunlar spesifik deyil, bütün virus infeksiyalarında görülə bilər. "Omicron” üçün xüsusilə vurğulanmış simptomlar hələ də öz təsdiqini tapmayıb.

Bununla belə, ilkin mülahizələrə görə, daha çox baş, əzələ ağrısı, qızdırma, üst tənəffüs yollarında konyuktivit və asqırma-öskürmənin daha az olması ilə xarakterizə olunur. Amma bunların heç birinin dəqiq spesifikliyi yoxdur. Bu, fərddən fərdə dəyişə bilər. Bəzilərində sadəcə boğaz ağrısı və qızdırma, bəzilərində baş və əzələ ağrısı ilə görülə bilər.

Ona görə diaqnozun dəqiqləşdirilməsi üçün molekulyar testlərə müraciət etmək lazımdır”.

İslahat.az