06 Dekabr 2021
13:56
20556

"Omicron" ştamının daha yoluxucu olmağının səbəbi bilindi

Elm adamları "Omicron”da soyuqdəyməyə səbəb ola biləcək genetik kod parçası tapıblar.

İslahat.az xəbər verir ki, bu istiqamətdə Massaçusets ştatının Kembric şəhərində yerləşən "Nference” adlı analitik mərkəzin tədqiqatçıları araşdırma aparıb. Tədqiqatın müəlliflərindən olan biologiya mühəndisi Venki Sondararacan, sözügedən parçanın "Omicron”un yoluxduruculuq qabiliyyətinin izahı ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu, variantın daha yoluxucu və yüngül və ya asemptomatik infeksiyaya səbəb olduğunu ifadə edə bilər.

Cənubi Afrikadan gələn hesabatlar da araşdırmanın nəticələrini gücləndirib. Belə ki, sözügedən ölkədə rast gəlinən "Omicron” hallarının demək olar ki, hamısında yüngül simptomların müşahidə edildiyi bildirilib. Bununla belə, son tədqiqat hələ də elmi komitə tərəfindən nəzərdən keçirilməyib.

Qeyd edək ki, "Omicron”nun əlamətləri sırasında öskürək, ürək döyüntüləri, yüksək qızdırma, əzələ ağrıları, yorğunluq və halsızlıq yer alır.

İslahat.az