07 İyun 2021
14:25
14030

Olimpiadaya vəsiqə qazanmaq istəyən son altı karateçimiz - ADLAR

11-13 iyun tarixlərində Fransanın paytaxtı Parisdə Dünya Olimpiya təsnifat turniri keçiriləcək.

İslahat.az-a Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycanın altı idmançısı Olimpiadaya vəsiqə qazanmağa çalışacaq.

Belə ki, kişi kumite komandasından Firdovsi Fərzəliyev (-67 kq), Asiman Qurbanlı (+75 kq), qadın kumite yığmamızdan İlahə Qasımova (-55 kq) və Fəridə Əliyeva (-61 kq) mübarizə aparacaq. Kata millimizdən kişilərdə Roman Heydərov, qadınlarda isə İran əsilli Neda Rezai lisenziya qazanmaq üçün çıxış edəcək. Sabah səhər saatlarında Parisə yola düşəcək karateçilərimizin lisenziya qazana bilməsi üçün turnirdə ilk "üçlüy”ə düşməsi lazımdır.

Qeyd edək ki, daha əvvəl Rafael Ağayev (-75 kq) və İrina Zaretskaya (+61 kq) Olimpiadaya lisenziya qazanıb. Hər iki idmançı Olimpiya reytinqindəki mövqeyinə əsasən Tokioda iştirak hüququ əldə edib.

İslahat.az