26 Yanvar 2019
14:20
1000

“Odlar Yurdu – 2018” Milli Mükafatının vaxtı bəlli oldu

"Tonika Group MMC”nin təşkilatçılığı ilə "Odlar Yurdu-2018” Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib.

Fevral ayının 24-ü Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək tədbirdə 2018-ci ilin yekunlarına əsasən (Dövlət rəsmiləri, mədəniyyət, incəsənət və KİV nümayəndələri, onlarla çalışan iri biznes mərkəzləri, iş adamları və s. ) mükafatlandırma mərasimi baş tutacaq.

"Tonika Group MMC”nin mətbuat katibi Təbriz Məhərrəmoğlunun İslahat.az xəbər portalına verdiyi məlumata görə, mükafat "Tonika Group MMC”nin idarə heyətinin, təşkilat komitəsinin və nəzarət təftiş komissiyasının araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunacaq.

Kristal formasında olan mükafatlar digərlərindən xüsusi seriyaları və şəxsi pasportları (mükafat tanınma vərəqəsi) ilə fərqlənir.

Qeyd edək ki, "Tonika Group MMC”nin təsisçisi və direktoru Nicat Həsənzadədir.

İslahat.az