02 Mart 2019
15:00
1218

"Odlar Yurdu – 2018" Milli Mükafatı sahiblərinə təqdim olunub (FOTOLAR)

İslahat.az xəbər verir ki, 24 fevral 2010-cu il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Tonika Group” tərəfindən "Odlar Yurdu - 2018" Milli Mükafatı sahiblərinə təqdim edilib. 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, qala gecə təşkil olunub.

Qala gecədə Millət vəkilləri, Nazirlik əməkdaşları, Mədəniyyət və İncəsənət xadimləri, Kütləvi İnformasiya Vasitələri nümayəndələri, İş adamları və müxtəlif sahələrdə fəaliyyət göstərən peşə sahibləri mükafatlandırılıb.

Mükafat, təşkilat komitəsinin araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub.

"Tonika Group”un təsisçi-direktoru Nicat Həsənzadə "production"ın illik fəaliyyət planı barədə məlumat verib.

O qeyd edib ki, mükafatlandırılma artıq 3-cü dəfədir təşkil olunur. Hər olduğu kimi ilin yekun nəticələrinə əsasən, növbəti ilin ilk aylarında da təşkil olunacaq.

İslahat.az