18 Dekabr 2019
10:17
801

Nurlan Niqmatulin Bakıda TÜRKPA-nın tədbirlərində iştirak edəcək

Nurlan Niqmatulin TÜRKPA-nın Bakıda keçiriləcək iclasında iştirak edəcək.

İslahat.az-ın xəbərinə görə, Qazaxıstan Məclisinin sədri Nurlan Niqmatulinin başçılığı ilə parlament nümayəndə heyəti TÜRKPA-nın Bakıda keçiriləcək tədbirinə qatılacaq.

Plenar iclasda Niqmatulin "Türk dünyasında parlament diplomatiyası: sülh və təhlükəsizlik mənafelərində regional əməkdaşlığın gücləndirilməsi” mövzusunda çıxış edəcək.

Eyni zamanda, tədbirdə iqtisadi əməkdaşlıq, sosial, mədəni və humanitar məsələlər, ətraf mühitin qorunması, təbii sərvətlərdən istifadə, türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması, habelə turizm haqqında məsələlər və s. mövzular müzakirə olunacaq.

Razılaşmalar və qəbul olunan qərarlar Bakı Bəyannaməsində əksini tapacaq.

İslahat.az