13 Mart 2019
13:48
988

Novruz tonqallarında 9 nəfər yandı – Rəsmi

Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

Zərərçəkənlərin xəsarətləri ağır olmadığına görə onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, ötən gün Bakıda qalanan çərşənbə tonqalının ağacların yanmasına səbəb olduğu barədə də məlumatlar yayılıb.

Fövqəladə Hallar Nazirliyindən əhaliyə bir daha müraciət edilərək, tonqal qalanarkən rezin və avtomobil şinlərindən istifadə edilməməsi, təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, tonqalın sönənə qədər nəzarətsiz qoyulmaması tövsiyə edilib.

İslahat.az