15 Noyabr 2021
16:05
22309

Norveçdə koronavirusun yeni “AY.63” ştammı qeydə alınıb

Norveçdə koronavirusun "Delta” ştammının yeni variantı qeydə alınıb.

İslahat.az xəbər verir ki, bu barədə Norveçin Milli Səhiyyə İnstitutu məlumat yayıb.

Mütəxəssislər qeyd edir ki, peyvənd orqanizmi yeni ştammdan etibarlı şəkildə qoruyur.

Bildirilir ki, yeni ştamm hələ iyun ayında Norveçin Milli Səhiyyə İnstitutunun mütəxəssisləri tərəfindən aşkar edilib və bundan az sonra ölkənin müxtəlif yerlərində qeydə alınıb.

Hazırda yeni ştamm "AY.63” etiketini alıb.

Onun digərlərindən daha az yoluxucu olduğu güman edilir.

İslahat.az