Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın tanınmış siyasi xadimlərini, liderlərini bir araya toplayan qurumdur.
Paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən dövlət
başçısının müxtəlif kürsülərdən Azərbaycanı layiqincə təmsil etməsi ölkəmizin
nüfuzunun artmasına, eləcə də daha çox tanınmasına səbəb olur. Təsadüfi deyil
ki, Azərbaycan dünyanın ən nüfuzlu beynəxalq qurumlarından biri olan Qoşulmama
Hərəkatının (QH) sədridir. Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində
ölkəmiz həm də dünyanın mədəniyyətlərasası dialoq mərkəzlərindən birinə
çevrilib. Bu sayədə, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan dünyada
sivilizasiyalararası münasibətlərin tənzimlənməsində nümunə təşkil edir.
Əlbəttə, bu istiqamətdə həyata keçirilən tədbirlər planetimizin təhlükəsizliyi
və sülhün bütün dünyada bərqərar olmasına hesablanan layihələrdir. Bu mənada
İslam və Qərb dövlətləri, eləcə də, dünyada yaşayan müxtəlif xalqlar və
mədəniyyətlər arasında insani bağların bərpa edilməsi, əməkdaşlıq qurulması
məqsədilə Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqa dair "Bakı prosesi”
və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərini irəli sürmüşdür.
2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı seçilmiş, bu hadisədən sonra
paytaxtımızda İslam və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə
beynəlxalq konfrans keçirilmişdir. Əlbəttə, bu, "Bakı prosesi”nin inkişafına
töhfə olmuşdur. 2011-ci ildən etibarən Bakıda hər iki ildən bir UNESCO, BMT-nin
Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaşlığı ilə Ümumdünya
Mədəniyyətlərarası Dialoq forumları keçirilir. Həmçinin Azərbaycan və Rusiya
dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar forumları təşkil
olunur. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycan paytaxtı BMT
Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Qeyd
olunduğu kimi, Azərbaycan dünyada baş verən qlobal problem və çağırışlar zamanı
söz sahibi olan ölkələrdəndir. Belə məsələlərdən biri də, şübhəsiz ki,
pandemiyadır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə
2021-ci ilin noyabrın 4-də "COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı
Forumu fəaliyyətə başlayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın tanınmış siyasi xadimlərini,
liderlərini bir araya toplayan qurumdur. Bu, bizim üçün böyük əhəmiyyət kəsb
edən məsələlərdə, eləcə də regionda gedən proseslərin həllində həmin şəxslərin
Azərbaycanın yanında yer alması deməkdir. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq
Forumu bu istiqamətdə ölkəmiz üçün vacib platformadır. Prezident İlham Əliyev
də Nizami Gəncəvi Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirir: "Mən pandemiya
dövründə çox yaxşı fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik
etmək istəyirəm. Bu mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı.
Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada
davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində mərkəz
dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Pandemiya şəraitində bu cür yüksək səviyyəli tədbirlərin təşkili böyük məsuliyyət və diqqət tələb edir.
Azərbaycanda keçirilən hər bir forum ölkəmizin dünyaya təqdimatı
üçün çox böyük əhəmiyyəti var. Artıq uzun illərdir ki, ölkəmiz müxtəlif
sahələrdə forumlar keçirir. Dünyanın gözü yenə də Azərbaycandadır. Nizami
Gəncəvi Beynəlxalq Mərkəzdə "COVID-19-dan sonrakı dünya” adı altında VIII
Qlobal Bakı Forumu öz işinə başladı. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzində bu forumun yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan
şairi N.Gəncəvinin adını daşıyan bu mərkəzin fəaliyyəti müasir Azərbaycanın gündəlik
həyatını, tarixini, gələcək perspektivlərini dünyaya təqdim etmək baxımından
fəal platformadır. Ölkə başçımız tərəfindən Nizami Gəncəvi ili elan edən bu
ildə belə bir forumun həyata keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Bakı
belə böyük 7 forumu həyata keçirməklə özünü təsdiq etdi. Bu forumda müxtəlif
siyasətçilərin təşrif buyuraraq dünyanı maraqlandıran ən mühüm məsələlərin
müzakirəsində iştirak etmələri, məhz Bakıdan-Azərbaycanın paytaxtdan dünyaya
birbaşa mesajların ünvanlanmasına imkan taparaq bundan yararlandılar. Eyni
zamanda Azərbaycan da bu platformaya ev sahibliyi etməklə bir daha Azərbaycanın
mutlikultural dəyərlərə sədaqətli olduğunu göstərir. Həmişə olduğu kimi bu
tədbirə yenə də dünyanın aparıcı simaları, ictimai-siyasi xadimləri
toplaşdılar. Və əlbəttə ki, hamı Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirdi. Çünki məhz bu forumda
Azərbaycan lideri həmişə dünyanın gündəliyində olan ən ümdə məsələlərə öz
fikrini bildirir və mühüm, aktual mesajlarını ötürürdü. Bu dəfəki forumda da
belə oldu.
Pandemiya şəraitində bu cür yüksək səviyyəli tədbirlərin təşkili böyük
məsuliyyət və diqqət tələb edir. Amma Azərbaycanın nüfuzu, 40-dan artıq ölkənin
dövlət və hökümət nümayəndələri, keçmiş prezidentləri, baş nazirləri və
digər siyasiləri Bakıya topladı. Şübhəsiz forumda bütün dünyanı və Azərbaycanı
narahat edən koronovirus pandemiyası və bunun dünyada törətdiyi fəsadlar,
pandemiyadan daha az itki ilə çıxması, bu sahədə dünyada həmrəylik prinsipinin
formalaşması və yeni tövhələrin verilməsi bu forumda müzakirə olunmuşdur. Forum
çərçivəsində çıxış edən cənab Prezidentimiz koronovirusla mübarizədə Azərbaycan
tərəfindən atılan addımları da qeyd edərək bildirmişdir ki, bu gün 18 yaşdan
yuxarı əhalimizin 60 faizi Covid-ə qarşı peyvənd olunubdur. Covid-lə mübarizədə
13 xəstəxananın tikilməsi, əlavə çarpayı fondunun, ən vacib məqamlardan biri
olan qoruyucu vasitələr istehsal edən müəssisələrin yaradılması, süni
tənəffüs aparatlarının və müasir texnoloji tibbi avadanlıqların alınması, qısa
zaman ərzində həkimlərimizin, səhiyyənin səfərbər olunması cənab
Prezidentimizin və Birinci vitse-prezidentimizin mənəvi tərəfdən də xalqın
yanında olması Azərbaycanı bu bəladan az itki ilə çıxardı. Cənub qonşumuzda ilk
yoluxma faktı qeydə alınan anda ölkəmizdə də Operativ Qərargahın yaradılması,
Koronovirusa qarşı mübarizə fondunun yaradılması və bu fonda ilk yardımların da
Prezidentimiz və Birinci vitse-prezidentimzin əməkhaqqlarından olunması və
atılan digər addımların ardıcıllıqla davam etməsinin nəticəsini qeyd
etdi. Həmçinin ölkə başçımız çıxışında qeyd etdi ki, bu gün qısa
müddət ərzində bizim məhdudiyyətimiz yalnız qapalı yerlərdə bu maskadan
istifadə etməkdir. Dünyada vaksin milliyətçiliyinin tüğyan etdiyi vaxtda
Azərbaycan xalqının vaksin seçimi imkanları da genişdir. Bu da, dövlətin
gücüdür, iqtisadiyyatıdır, qüdrətidir. Amma hələ də dünya ölkələrinin bir
çoxları də əhalisini 10 faizini vaksin edə edə bilməyiblər.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılmışdır.
Ölkəmizdə Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi
kompleks tədbirlər hesabına COVID-19-la mübarizədə uğurlu nəticələr əldə
edilmişdir. Fərəhləndirici haldır ki, öz fəaliyyətini Ümumdünya Səhiyyə
Təşkilatının tövsiyyələri əsasında quran Azərbaycan dövlətinə görülən işlərə
görə elə pandemiyanın ilk günlərindən yüksək qiymət verilmişdir. ÜST
Azərbaycanda fəal iş aparmaqla yanaşı, həm də beynəlxalq səviyyədə
Azərbaycanının təşəbbüslərini dəstəkləyir. Təsadüfi deyil ki, ÜST Azərbaycanın
təşəbbüskarı olduğu zirvə görüşlərində iştirak edir və bu görüşlərdə ölkəmizin
fəaliyyətinə yüksək dəyər verir.
Qeyd etməliyik ki, pandemiya başlayandan bu günədək Prezident İlham Əliyevin
virusa qarşı mübarizə tədbirlərinə şəxsən nəzarəti, vətəndaşların sağlamlığına
diqqəti və qayğısı bütün ölkələr üçün nümunədir. Səhiyyəsi yüksək inkişaf edən
Avropa ölkələrinə nisbətən bizdə indiyədək yoluxma və ölüm sayının az olmasının
əsas səbəbi, məhz, dövlət tərəfindən gərəkən tədbirlərin vaxtında həyata
keçirilməsidir. Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada
effektivliyinə görə ilk sıralarda dayanır.
Umumilikdə, COVID-19-un pandemiya elan edilməsindən ötən müddət ərzində
Azərbaycan dövləti tərəfindən vəziyyət ciddi nəzarətə götürülmüş, ölkəmizdə
infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılmış, istər insanların
sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus
xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni
xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından
bütün məsələlər uğurla gerçəkləşdirilmişdir. Qısa müddət ərzində ümumi çarpayı
sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmış, ümumilikdə pandemiya ilə
mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. Bax, bu təhlükəli
bəlaya son dərəcə ciddi yanaşılmasının, xəstəliklə mübarizə tədbirlərinin geniş
miqyasda aparılmasının nəticəsidir ki, Azərbaycanda hazırda qapanmaya getməyə
ehtiyac duyulmamışdır.
Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli
layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində
müsbət nəticələr qazanılmışdır. Hazırda Azərbaycanın yoluxma və sağalma
hallarının nisbətinə görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr
sırasında olması bunları təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə
insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır.
Azərbaycanda bu xəstəliyin baş qaldırdığı ilk vaxtdan həm ölkə daxilində, həm
də beynəlxalq səviyyədə çox fəal addımlar atılmışdır. Respublikada cari ilin
yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndlənməyə başlanılmışdır.
İndiyədək yaşı 18-dən yuxarı olan əhalinin artıq 60 faizindən çoxu iki dozanı
almışdır.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Azərbaycan işğaldan azad edilmiş torpaqlarını Cənubi Qafqazın ən inkişaf etmiş regionuna çevirməyə çalışır və bu, yalnız Azərbaycanın inkişafı üçün deyil, qonşu ölkələrin də iqtisadi tərəqqisinə imkanlar yaradacaq.
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən
Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə şanlı qələbə qazanaraq işğalçı Ermənistanı tam kapitulyasiyaya
məruz qoydu. 44 günlük müharibədə Ordumuz düşməni diz çökdürdü, onun hərbi
birləşmələrini və canlı qüvvəsini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü
təmin etdi. Bu şanlı qələbə dövlətimizin gücünü, qüdrətini, xalqımızın yenilməz
ruhunu bütün dünyaya göstərdi.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti Böyük Qayıdış proqramına
başlayıb və bir sıra ölkələr işğaldan azad olmuş ərazilərin bərpasına xüsusi
maraq göstərirlər.
Laçın rayonunun işğaldan azad olunan Güləbird kəndində Azərbaycan bayrağını
qaldıran və çıxış edən dövlətimizin başçısı vurğulayıb: "Mən demişəm, biz bu bölgəni
– Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər
görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi
yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”.
İşğaldan azad edilən ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına da
start verilib. Məlumat üçün bildirək ki, bəhs olunan qoruq 1974-cü ildə Ulu
Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə
nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Erməni qəsbkarlar işğal
altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da
ekoloji terror törədiblər. Burada illərlə formalaşmış təbii ekosistemin
tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub. Bəhs olunan səfər
çərçivəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Əliyeva
Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gələrək burada
çinar ağacları əkiblər. Sonra dövlətimizin başçısı, birinci xanım və qızları
Bəsitçaya balıq buraxıblar.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər” və "ağıllı kənd”
konsepsiyaları əsasında şəhər və kəndləri də salınır. Bu layihə ərazilərin
potensialından səmərəli istifadəyə, sabit iqtisadi inkişafı və texnoloji
innovasiyalar vasitəsilə dövlət xidmətlərini təmin etməyə imkan verəcək.
Azərbaycan işğaldan azad edilmiş torpaqlarını Cənubi Qafqazın ən inkişaf etmiş
regionuna çevirməyə çalışır və bu, yalnız Azərbaycanın inkişafı üçün deyil,
qonşu ölkələrin də iqtisadi tərəqqisinə imkanlar yaradacaq.
Prezident İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni
faşistləri tərəfindən, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni,
dini abidələrimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba
yurdlarına qayıdacaq. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra onların
dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir
və abad yaşayış mühitinə çevirmək üçün artıq genişmiqyaslı işlərə başlanılıb.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və
kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su,
rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri
infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış
evlərinin tikintisi və s. məqsədilə azad olunmuş ərazilərin bərpası proqramına
2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır
Vətən müharibəsində apardığı haqq işi uğrunda mübarizə nəticəsində xalqımız
tarixi bir qələbəyə imza atdı. Mənfur qonşularımz tərəfindən 30 ilə yaxın işğal
altında qalan dədə-baba torpaqlarımız düşmən tapdağından azad olundu. Kəndlərimiz,
qəsəbələrimiz, şəhərlərimiz yadelli əsarətindən qurtularaq öz əzəli sahiblərinə
qovuşdu.
İşğal müddətində düşmən tərəfindən bu torpaqlardakı bütün infrastruktur
dağıdılmış, bütün şəhərlərimiz demək olar ki, yerlə yeksan edilmiş,
maddi-mədəni abidələrimiz təhqir olunmuş, milli-mənəvi dəyərlərimizin
göstəricisi olan tikintilər xarabazarlığa çevrilmişdir. Bütün bunlar bir daha
düşmənin necə vandal, vəhşi bir xalq olduğunun göstəricisidir.
Lakin dövlət başçısının xüsusi tapşırıq və sərəncamlarına əsasən işğaldan azad
olunmuş bütün torpaqlarımızda geniş miqyaslı quruculuq, abadlıq işlərinə start
verilmişdir. Artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Ali Baş Komandanın
rəhbərliyi ilə vətəndaşların öz doğma yurd-yuvalarına qayıtması üçün müəyyən edilmiş
Dövlət proqramı uğurla həyata keçirlir.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ BÖYÜK UĞURLARA İMZA ATIB
Azərbaycan özünün milli maraqlar üzərində qurulan siyasətini daim
qlobal miqyasda meydana çıxan aktual çağırışlarla əlaqələndirir. Bu baxımdan,
ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli
sürdüyü bir sıra təşəbbüslər də təqdirəlayiqdir. Əlamətdar haldır ki,
Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin
gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə
qarşılanıb. Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı
kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verdi. Ən əsas odur ki,
müstəqil Azərbaycan uzun illərdən sonra öz ərazi bütövlüyünü bərpa etdi,
işğalçıları öz torpaqlarından qovdu.
Pandemiyanın ilk vaxtlarından aktiv şəkildə pandemiya ilə ümumbəşəri mübarizəyə
qoşulan Azərbaycan dövləti həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə
çox böyük uğurlara imza atıb. ÜST Azərbaycana verdiyi qiymətlə ölkəmizi bu dəfə
də region dövlətlərindən fərqləndirib və üstünlüyünü qeyd edib.
Azərbaycanda vaksinasiya prosesi ilə yanaşı, vaksinasiya sahəsində təbliğat və
təşviqat işi də yüksək səviyyədə qurulub. Azərbaycanda vaksinasiya prosesi
yüksək templə gedir və əhalinin vaksinləşməyə könüllü qoşulması bir reallıqdır.
Azərbaycanda yanvar ayının ortalarından sonra vaksinasiya işinə başlanıldı və
ilk gündən prosesə kütləvi qoşulma hallarının şahidi olduq. Bu gün Gürcüstanda
və Ermənistanda əhalinin peyvəndlənməsi bizdəki kimi yüksək templə getmir,
Ermənistanda peyvəndlənmə prosesində aktivlik yoxdur, Gürcüstanda isə bizdəki
kimi kütləvi deyil. ÜST-ün münasibəti də birmənalı olaraq göstərdi ki,
Azərbaycan vaksinasiya məsələsində də Cənubi Qafqazda lider ölkədir. Dövlət
əhalinin vaksinləşməsi üçün kifayət qədər vəsait ayırıb və bu vaksinlər
alınaraq ölkəmizə gətirilir. Bir məqamı da qeyd edim ki, Azərbaycan heç bir
vaxt vaksin ayrıseçkiliyinə yol vermir. Ölkəmiz yüksək keyfiyyətli vaksin
istehsal edən ölkələrlə, şirkətlərlə əməkdaşlıq edir, dünyada ən yüksək
dərəcədə qəbul edilən vaksinlər ölkəmizdə tətbiq edilir. ÜST tərəfindən
Azərbaycanın həyata keçirdiyi vaksinasiya prosesinin təqdir edilməsi müsbət
hadisədir və hesab edirəm ki, bu, ölkəmizin böyük uğurlarından biridir.
VIII Qlobal Bakı Forumunun keçirilməsi qürurverici reallıqların dünya
ictimaiyyətinəçatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Forumun
beynəlxalq əhəmiyyətini bir daha vurğulamaq üçün burada müzakirə edilən
məsələləri bir daha nəzərdən keçirək. Dünyanın ən aktual problemi olan COVİD-19
pandemiyası ilə mübarizə, beynəlxalq humanitar yardım, enerji təhlükəsizliyi,
regional sülh və əməkdaşlıq məsələləri və neçə-neçə beynəlxalq miqyasda həllini
gözləyən və müzakirə obyekti olan məsələlər beynəlxalq forumun gündəliyində öz
əksini tapır. .
Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb . Bu vaxta qədər
yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən
qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası
açılmışdır;
Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər
görülmüşdür. Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş
insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini
ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait
dövlət büdcəsindən maliyyələşmişdir. Azərbaycan qlobal səviyyədə "peyvənd
millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir.
Azərbaycan keçən ilə qədər otuz il idi ki, ərazilərimizin işğalına, bizə qarşı
olan təcavüzə, insanlarımıza qarşı soyqırımına və bu proseslərə qlobal
səviyyədə etinasızlığa qarşı amansız mübarizə aparırdı.
Bizim dövlət və xalq olaraq bu mübarizəmizi aparmaqda əsas məqsədimiz bütün
məhdudiyyətlərə baxmayaraq, regionda süni şəkildə yaradılmış keçmiş münaqişə
ilə bağlı həqiqətləri işıqlandırmaq idi. Bu reallıqları beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün dünyada güc və söz sahibi olan beynəlxalq təşkilatlarla və
dövlətlərlə güclü əlaqələrin yaradılması istiqamətində yürüdülən düzgün xarici
siyasətin və uğurlu diplomatiyanın ən vacib komponentlərindən biri də belə
mötəbər forumların və digər tədbirlərin keçirilməsidir.
Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
MÜNAQİŞƏNİ AZƏRBAYCAN ÖZ GÜCÜ İLƏ HƏLL EDİB
Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Azərbaycan bu
münaqişəni öz gücü ilə həll etdi, işğal altında ola torpaqlarını azad etdi.
İndi hansısa dairələrin Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, deməsi
qəbuledilməzdir və regionda təhlükəsizliyə təhdiddir, xüsusilə də Ermənistan
üçün yaxşı heç nə vəd etmir.
Münaqişənin həlli ilə bağlı üçtərəfli 10 noyabr sənədi imzalanıb və həmin
sənəddə bütün məsələlər öz əksini tapıb: "Həmin sənəd Azərbaycan ordusunun
döyüş meydanında əldə etdiyi qələbənin nəticəsində imzalandı. Azərbaycan
ordusunun döyüş meydanında şanlı qələbəsi Ermənistanı bu sənədi imzalamağa və
işğal altında olan digər rayonlarımızı da boşlatmağa məcbur etdi.
Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal
olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən
qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində
qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən
istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin
qətnamələr uzun illər ərzində də kağız üzərində qalacaqdı.
30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa
baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Gələcək naminə
tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa
hazır olmasını təmin edilməlidir. Hər şey Ermənistanın mövqeyindən asılı
olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına
başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və
sərhədlərin delimitasiyasına hazırdır.
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti
dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan
30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə
nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin
dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”,
– deyə Prezident İlham Əliyev bildirib.
Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi
AZƏRBAYCAN QLOBAL TƏŞƏBBÜSLƏR ÖLKƏSİDİR
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 4-6 noyabr tarixlərində isə
sayca səkkizinci forum baş tutub.Qlobal Bakı Forumu artıq dünyada yüksək
nüfuzu olan beynəlxalq təsisatlardan birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edərək Forum
iştirakçılarını salamlayıb və bildirib ki,Qlobal Bakı Forumu qlobal
siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı
platformalardan birinə çevrilib.
VIII Qlobal Bakı Forumunun açılışı zamanı geniş və əhatəli çıxış edən cənab
Prezident İlham Əliyev Azərbaycan dövlətinin COVİD-19 pandemiyası dövründə
irəli sürdüyü beynəlxalq təşəbbüslərə diqqət çəkmiş, eyni zamanda Azərbaycanın
30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsini qeyd etmişdir. Bəzi
ölkələrin artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırdğını qeyd edən
cənab Prezident İlham Əliyev digər ölkələrdə isə vaksinasiyanın səviyyəsinin
aşağı olmasını bildirmişdir. Ümumiyyətlə, Azərbaycan qlobal səviyyədə "peyvənd
millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bunula
əlaqədar olaraq ölkəmiz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli
bölgüsünə dair təşəbbüs ilə də çıxış etmişdir. Azərbaycanın təşəbbüsü ilə
COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə
Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə
edir. Bu isə öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatına öz dəstəyini
düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız
olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib.
Ölkəmiz pandemiya ilə mübarizə çərçivəsində ölkə miqyasında da böyük uğurlara
imza atıb. Bu istiqamətdə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı və digər
beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın
təcrübəsi başqa ölkələr üçün nümunə olaraq göstərilib. VIII Qlobal Bakı
Forumunun açılışı zamanı çıxışında Azərbaycanın ölkədə pandemiya ilə mübarizə
tədbirlərinə toxunan cənab Prezident İlham Əliyev Azərbaycanın regionda
peyvəndələməyə başlayan ilk ölkə olduğunu qeyd edərək hazırda yaşı 18-dən
yuxarı olan əhalinin 60 faizindən çoxunun iki dozanı aldığnı bildirmişdir.
Cənab Prezidentin də bildirdiyi kimi əhalimiz vaksinasiya məsələsinə çox
məsuliyyətlə yanaşır. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu
işləri xeyli asanlaşdırır.
Qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası
açıldığını vurğulayan cənab Prezident İlham Əliyev əvvəllər tətbiq olunan
qapanmaların yükünü azaltmaq üçün dövlət tərəfindən ciddi tədbirlərin
görülməsindən bəhs etmişdir.
Cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışında
Azərbaycanın COVİD-19 pandemiyası dövründə həm ölkə daxili, həm də qlobal
miqyasda fəal addım atdığını bildirərək Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda
hər iki təşkilatın COVİD-19-a həsr olunmuş xüsusi Zirvə görüşü keçirilməsi
haqqında da məlumat verdi. Azərbaycan beynəlxalq aləmdə qlobal problemlərin
birgə həllində maraqlı olan ölkədir, həmçinin bu istiqamətdə tərəfdaşlıqlara da
hazırdır. Çıxışı zamanı Cənub Qaz Dəhlizi layihəsinə diqqət çəkən cənab
Prezident İlham Əliyev bu layihənin Azərbaycan, qonşu ölkələr, həmçinin Avropa
üçün tarixi nailiyyət və Avropanın enerji təhlükəsizliyində mühüm meyar
olduğunu Forum iştirakçılarının diqqətinə çatdırdı.
Hər bir beynəlxalq tədbirdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin
diqqətinə çatdıran cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda da
Ermənistanın ölkəmizə qarşı yaratdığı 30 illik münaqişəni öz gücü ilə həll
etməsi haqqında əhatəli çıxış etdi. Ermənistanın sabiq müdafiə naziri açıq
şəkildə bəyan edirdi ki, Ermənistan "yeni ərazilər uğrunda yeni müharibə”yə
hazırlaşır. Ümumiyyətlə, rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb.
Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun
həmsədrləri Ermənistanın sabiq müdafiə nazirinin bu bəyanatlarına da səssiz
qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı mesaj
belə vermədilər. Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu
çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə
nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə
Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə
qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi.
Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi
Rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb
Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü
prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və
ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama
Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Beynəlxalq hüququn normaları və
beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv
yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir.
Azərbaycan belə selektiv yanaşmaya məruz qalıb.
Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən
Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq
təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya
bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında
azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında
Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63
uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi
köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan
hüquqlarını pozdu. Hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası
tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş
ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd
qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar
tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq
qoyulmadı. Bu, beynəlxalq riyakarlıqdan irəli gəlirdi.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Beynəlxalq Səviyyəli Toplantılarda çıxışı ölkəmizin beynəlxalq aləmdə
mövqelərinin daha da güclənməsində təsirini göstərəcək. Eyni zamanda cənab
Prezidentin çıxışlarında qaldırılan məsələlər Azərbaycanın dünyada sülh və
ədalətin təntənəsi üçün çaba göstərən dövlət olduğu barədə beynəlxalq ictimai
rəy yaradacaq.
Dünya 2020-ci ilin əvvəlində COVİD-19 pandemiyasına məruz qaldığı dövrdə
Azərbaycan bu sahəyə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış
təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir.
Azərbaycan dünyada humanitar missiyası ilə də seçilən ölkədir və dünyaya
nümunədir:"Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları
həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının
üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizəni
dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan
artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız
olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib. Azərbaycan ”peyvənd
millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından
daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə edir. Belə
hərəkətlər iqtisadi durumu zəif olan ölkələri öz əhalisini qorumaq imkanından
məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq
hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin
ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən
azdır. Azərbaycan Prezidenti bu problemi bir neçə dəfə yüksək tribunalardan
qaldırıb. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan
Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal
çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib.
Sevinc İmanova – Zərdab rayon GEM-in direktoru
Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib
Azərbaycanda keçirilən hər bir forum ölkəmizin dünyaya təqdimatı
üçün çox böyük əhəmiyyəti var. Artıq uzun illərdir ki, ölkəmiz müxtəlif
sahələrdə forumlar keçirir. Dünyanın gözü yenə də Azərbaycandadır. Nizami
Gəncəvi Beynəlxalq Mərkəzdə "COVID-19-dan sonrakı dünya” adı altında VIII
Qlobal Bakı Forumu öz işinə başladı. Nizami Gəncəvi Beynəlxalq
Mərkəzində bu forumun yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan
şairi N.Gəncəvinin adını daşıyan bu mərkəzin fəaliyyəti müasir Azərbaycanın
gündəlik həyatını, tarixini, gələcək perspektivlərini dünyaya təqdim etmək
baxımından fəal platformadır. Ölkə başçımız tərəfindən Nizami Gəncəvi ili elan
edən bu ildə belə bir forumun həyata keçirilməsi də mühüm əhəmiyyətə malikdir.
Bakı belə böyük 7 forumu həyata keçirməklə özünü təsdiq etdi.
Bu forumda müxtəlif siyasətçilərin təşrif buyuraraq dünyanı maraqlandıran ən
mühüm məsələlərin müzakirəsində iştirak etmələri, məhz Bakıdan-Azərbaycanın
paytaxtdan dünyaya birbaşa mesajların ünvanlanmasına imkan taparaq bundan
yararlandılar. Eyni zamanda Azərbaycan da bu platformaya ev sahibliyi etməklə
bir daha Azərbaycanın mutlikultural dəyərlərə sədaqətli olduğunu göstərir.
Həmişə olduğu kimi bu tədbirə yenə də dünyanın aparıcı simaları, ictimai-siyasi
xadimləri toplaşdılar. Və əlbəttə ki, hamı Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirdi. Çünki məhz
bu forumda Azərbaycan lideri həmişə dünyanın gündəliyində olan ən ümdə
məsələlərə öz fikrini bildirir və mühüm, aktual mesajlarını ötürürdü. Pandemiya
şəraitində bu cür yüksək səviyyəli tədbirlərin təşkili böyük məsuliyyət və
diqqət tələb edir.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb
Azərbaycanın nüfuzu, 40-dan artıq ölkənin dövlət və hökümət
nümayəndələri, keçmiş prezidentləri, baş nazirləri və digər siyasiləri
Bakıya topladı. Şübhəsiz forumda bütün dünyanı və Azərbaycanı narahat edən
koronovirus pandemiyası və bunun dünyada törətdiyi fəsadlar, pandemiyadan daha
az itki ilə çıxması, bu sahədə dünyada həmrəylik prinsipinin formalaşması və
yeni tövhələrin verilməsi bu forumda müzakirə olunmuşdur. Forum çərçivəsində
çıxış edən cənab Prezidentimiz koronovirusla mübarizədə Azərbaycan tərəfindən
atılan addımları da qeyd edərək bildirmişdir ki, bu gün 18 yaşdan yuxarı
əhalimizin 60 faizi Covid-ə qarşı peyvənd olunubdur. Covid-lə mübarizədə 13
xəstəxananın tikilməsi, əlavə çarpayı fondunun, ən vacib məqamlardan biri olan
qoruyucu vasitələr istehsal edən müəssisələrin yaradılması, süni tənəffüs
aparatlarının və müasir texnoloji tibbi avadanlıqların alınması, qısa zaman
ərzində həkimlərimizin, səhiyyənin səfərbər olunması cənab Prezidentimizin və
Birinci vitse-prezidentimizin mənəvi tərəfdən də xalqın yanında olması
Azərbaycanı bu bəladan az itki ilə çıxardı. Cənub qonşumuzda ilk yoluxma faktı
qeydə alınan anda ölkəmizdə də Operativ Qərargahın yaradılması, Koronovirusa
qarşı mübarizə fondunun yaradılması və bu fonda ilk yardımların da
Prezidentimiz və Birinci vitse-prezidentimzin əməkhaqqlarından olunması və
atılan digər addımların ardıcıllıqla davam etməsinin nəticəsini qeyd etdi.
Həmçinin ölkə başçımız çıxışında qeyd etdi ki, bu gün qısa müddət ərzində bizim
məhdudiyyətimiz yalnız qapalı yerlərdə bu maskadan istifadə etməkdir. Dünyada
vaksin milliyətçiliyinin tüğyan etdiyi vaxtda Azərbaycan xalqının vaksin seçimi
imkanları da genişdir. Bu da, dövlətin gücüdür, iqtisadiyyatıdır, qüdrətidir.
Ruslan Nemətov – "Rayon Mərkəzi Xəstəxanası”PHŞ direktoru
İslahat.az