18 Yanvar 2021
20:36
11486

Nikitin adına kolxozun inkişaf etdirilməsi prioritetimizdir

İsmayıllı Rayon İcra Hakimiyyətində 18 yanvar 2021-ci il tarixdə Azərbaycanda yeganə kolxoz təsərrüfatı kimi fəaliyyət göstərən Nikitin adına kolxozun inkişaf etdirilməsi və İvanovka kəndinin mövcud problemlərinin aradan qaldırılması ilə bağlı pandemiya qaydalarına uyğun olaraq görüş keçirilib.

İslahat.az xəbər verir ki, görüşdə Nikitin adına kolxozda məhsuldarlığın dahada artırılması, yerli bazarda mövqeyinin bərkidilməsi, İvanovka brendinin potentləşdirilməsi, müasir avadanlıqlarla təciz olunması, heyvandarlıq, taxılçılıq və digər kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi istiqamətində müzakirələr, həmçinin, İvanovka kəndinin içməli su və suvarma suyu probleminin həlli istiqamətində görülə biləcək digər işlər haqda ətraflı müzakirələr aparılıb.

Görüş zamanı İvanovka kəndində inşa edilən Karamel zavodunun istehsala başlanması zamanı əlavə iş yerlərinin açılacağı və kəndin sosial-iqtisadi inkişafında müsbət rol oynayacağı diqqətə çatdırılıb.
 
İslahat.az