11 Dekabr 2019
14:30
927

Nəzərbəy Hacıağayev: “Maştağada perspektivli gənclərə heç kəs uşaq gözü ilə baxmır”

Maştağa sakinləri yeni deputatın həm yerli həm də gənc olması arzu ilə yaşayır. Kənd əhalisi xüsusilədə ağsaqqalar yerli şəxsin seçilməsinin qanunuyğun olduğu bildirib. Artıq iki həftədir kəndəyəm insanlarla görüşlər keçirmişəm. Namizədliyimi irəli sürəcəyimi açıqlamışam. Hər kəsdən müsbət rəy almışam. Həm yerli sakin olmağım, həm də gənc olmağım insalarda xoş təəssürat yaratdı.

İslahat.az xəbər verir ki, bunu 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyini irəli sürmək istəyən Nəzər Media.az İnformasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayev bildirib.

O qeyd edib ki, insanlar cənab prezidentin islahatlarına dəstək məqsədi ilə gənc namizədin dəstəklənməsinin ən düzgün varyant olduğunu bildirdilər. Bəzən fikirlər səslənir ki, orada gənclərə uşaq gözü ilə baxırlar. Bu sadəcə cənab Prezident İlham Əliyevin islahatları nəticəsində gənc kadırların irəli sürməsi prosesinə yaxılan qara ləkədir. Təəssüf ki, bu sadə insanların düşüncəsi deyil. İctimai səviyyədə tanınan insanların yaydığı bəyanatdır. 

Gəncləşdirmə prosesini gözü götürməyənlər müəyyən yolla media vasitəsi ilə kreslolarını qorumağa çalışırlar. Fikirlərində cənab Prezident İlham Əliyevin islalahtları yox, xalqın rifahı deyil, dövlətin taleyi deyil sadəcə şəxsi mənafeyləridir. Ancaq mən parlament seçkilərinə namizədliyimi irəli sürməkdələ cənab Prezidentimizin parlamentdə yeni simalar olsun fikirnə öz dəstəyimi bir gənc olaraq vermişəm.
 
İslahat.az