20 Fevral 2020
16:06
491

“Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində son tədbir keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsi qaliblərindən olan "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində nəzərdə tutulan son tədbir keçirilib.

Tədbirdə layihə rəhbəri, "İctimai.az” saytının baş redaktoru Rəşad Bayramov, layihənin eksperti Elşən Qəhrəmanov və fəal gənclər iştirak ediblər.

İlk olaraq çıxış edən layihə rəhbəri Rəşad Bayramov, İmadəddin Nəsimi yaradıcılığı, onun fəaliyyəti, 2019-cu il "Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər və layihələr barədə iştirakçıları məlumatlandırıb.

Layihənin eksperti Elşən Qəhrəmanov İmadəddin Nəsimi fəaliyyəti və yaradıcılığı barədə geniş məlumat verərək, onun dilinə, xalqına, vətəninə sadiqliyindən bəhs edib, gəncləri fəal olmağa, ölkəmizin ictimai-sosial həyatında gəncləri aparıcı yer tutmağa dəvət ediblər.

Daha sonra layihə çərçivəsində keçirilən esse müsabiqəsinin qalibləri müəyyən edilib və onlara diplomlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, "Nəsimi və Müasir Azərbaycan Gəncliyi” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərində ümumilikdə 4 tədbir keçirilib.

İslahat.az