14 Yanvar 2020
00:33
1852

Nərminə Zeynalzadənin namizədliyi qeydə alınıb - 13 SAYLI XƏZƏR-PİRALLAHI SEÇKİ DAİRƏSİNDƏN

Nərminə Zeynalzadənin namizədliyi 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən qeydə alınıb.

İslahat.az Nərminə Zeynalzadə haqqında bəzi məlumatları sizə təqdim edir:
Zeynalzadə Nərminə Samir qızı Xəzər rayonunda dünyaya gəlib.
Orta məktəbi 181 nömrəli məktəbi fərqlənmə ilə bitirib. Daha sonra Milli Aviasiya Akademiyasında ali təhsil alıb. Tələbəlik dönəmlərində aktiv ictimai fəaliyyəti ilə seçilən Nərminə Zeynalzadə, ölkəmizdə keçirilən yerli və beynəlxalq layihələrin iştirakçısı olub.
İctimai fəaliyyətini davam etdirməkdədir və hazırda "Vətən Naminə İnkişafa Doğru” İctimai Birliyinin Xəzər rayonu üzrə sədr vəzifəsini icra edir.
İctimai fəaliyyəti ilə yanaşı, işgüzar və xeyriyyəçilik fəaliyyəti ilə də seçilir. Müxtəlif layihələr çərçivəsində köməyə ehtiyacı olan şəxslərə dəstək və motivasiya verməsi ilə seçilir.
9 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərində 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən namizədliyi qeydə alınıb.

İslahat.az