13 Avqust 2021
13:29
22279

Nəhəng neft şirkəti xalqa 110 milyon dollar təzminat ödəyəcək

Neft nəhəngi "Royal Dutch Shell" Nigeriyada 31 il davam edən neft sızıntısı iddiası səbəbilə Ogoni xalqına 110 milyon dollar təzminat ödəməyi qəbul edib.
 
İslahat.az xəbər verir ki, qərarı verən Abuja Ali Məhkəməsinin hakimi Əhməd Məhəmməd pulun 21 gün ərzində ödənilməli olduğunu bildirib.

1958-ci ildən Niger deltasında fəaliyyət göstərən "Shell”in zədələnmiş neft boru kəmərlərindən və quyularından hər il tonlarla neft əraziyə sızıb.
Hələ 2008-2009-cu illərdə hazırlanmış sənəddə neft sızıntısının fəsadlarının 30 ilə aradan qaldırmağın mümkün olduğu bildirilib. 

Afrikanın ən böyük, dünyanın isə 7-ci ən böyük xam neft ixracatçısı olan Nigeriyadakı Ogoni xalqı hələ 1993-cü ildə şirkət nümayəndələrinin bölgəni tərk etməsini tələb edib.
İslahat.az