07 Yanvar 2020
10:24
731

Neft qiymətləri ilə bağlı - YENİ PROQNOZ

Qlobal informasiya təchizatçısı "IHS Markit" neft qiymətlərinin ilin qalan dövründə təklif artıqlığı səbəbilə düşəcəyini gözləyir. 

"IHS Markit"in neft analisti Spencer Welch ABŞ - İran gərginliyindən sonra neftin bahalaşmasını şərh edib.
İslahat.az xəbər verir ki, bu il qiymətlər üzərində 2 amilin təsirli olacağını qeyd edən Welch "Bazardakı artıq təklif və geosiyasi risklər qiymətlər üzərində təsirli olacaq. Əgər 2 ölkə arasındakı gərginlik artsa qiymətlər daha da yüksələr, amma irəliləyən dövrdə qiymətlər düşəcək, çünki artıq təklif var. Neft ilin qalanında yüksəlməkdən çox düşəcək" deyib. 

ABŞ-ın Qasım Süleymanini öldürməsinin ardından 2 ölkə arasında artan gərginliklə Brent neftin barel qiyməti Apreldən bəri ən yüksək səviyyə olan 70 dolları keçib. ABŞ xam neftinin barel qiyməti də 64.62 dollarla Apreldən bəri ən yüksək səviyyəyə qalxıb.

İslahat.az