26 Noyabr 2018
15:00
1698

Neft Fondu bu il daha çox dollar satıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında 4 mlrd. 289,4 mln. dollar məbləğində xarici valyuta satıb. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 72,5% çoxdur. 
 
İslahat.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, son üç ildə ən az valyuta satışı 2017-ci ildə qeydə alınıb. 

"2018-ci ilin yanvar-sentyabr aylarında AMB 75 valyuta hərracı təşkil edib. Bu hərraclarda ARDNF 2017-ci ilin yanvar-sentyabr aylarına olan 2 mlrd. 486 mln. dollara qarşı 4 mlrd. 289,4 mln. dollar məbləğində xarici valyuta satıb, yəni satışların həcmi 72,5% artıb”, - deyə məlumatda bildirilir.

ARDNF birinci rübdə valyuta hərraclarında 1 mlrd. 310 mln. dollar, ikinci rübdə 1 mlrd. 664,6 mln. dollar, üçüncü rübdə isə 1 mlrd. 315 mln. dollar məbləğində xarici valyuta satıb.

Fond 2017-ci ildə valyuta hərraclarında 3 mlrd. 597,8 mln. dollar məbləğində xarici valyuta satıb ki, bu da 2016-cı ilin göstəricisindən 26,3 faiz azdır.
 

İslahat.az