22 Yanvar 2021
13:25
14747

Nazirliyin şöbə müdiri: “Fiziki tərbiyə dərsləri keçirilməsin”

"Fiziki tərbiyə dərslərində təmasların çoxluğu nəzərə alınaraq, müvəqqəti olaraq bu fənnin əyani tədrisdə dayandırılması tövsiyə olunur”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

 

O qeyd edib ki, fevralın 1-dən dərslər hibrid formada keçəcək:

"Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq”.

 

İslahat.az