04 Noyabr 2021
11:26
20348

Nazirlikdən birdəfəlik sosial ödəniş alacaq vətəndaşlara MÜRACİƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlara müraciət edib. 

İslahat.az xəbər verir ki, DSMF-dən bildirilib ki, noyabrın 1-dən etibarən vətəndaşlara respublika üzrə birdəfəlik sosial ödənişlər, dəfn üçün müavinət, uşağın anadan olmasına görə müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət və radiasiya qəzası nəticəsində zərərçəkmiş şəxslərə hər il müalicə üçün müavinət "Azərpoçt” vasitəsilə çatdırılır.

Vətəndaşlar həmin vəsaiti "Azərpoçt”un istənilən şöbə, filial və məntəqəsindən əldə edə bilərlər.

İslahat.az