26 Avqust 2019
13:04
627

Nazirlik yenə hərəkətə keçdi — Restoranlara məcburi göstəriş

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ictimai-iaşə obyektlərində növbəti dəfə monitorinq keçirib.

Nazirliyin yaydığı məlumata görə, monitorinqin keçirilməsinə səbəb bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılmasının müşahidə olunmasıdır.

Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan məcburi göstərişlər verilib. 

Nazirlikdən o da bildirilib ki, ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlər nəticəsində artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb.

Monitorinqlər davam etdirilir.
 
İslahat.az