11 Noyabr 2021
11:53
23145

Nazirlər Kabineti Prezidentə yeni sənəd təqdim etdi

"Nazirlər Kabineti tərəfindən "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” artıq hazırlanıb. Sənəd Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib”.

İslahat.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov 2022-ci ilin büdcə sənədlərinin müzakirəsi zamanı deyib.

O bildirib ki, Prezident tərəfindən bu sənədə baxıldıqdan sonra 2022-ci ilin dövlət büdcəsi layihəsinə bəzi dəyişikliklər edilə bilər.

İslahat.az