10 Fevral 2022
11:45
20914

Nazir: “Səhiyyə qurumlarının transformasiya ofisi yaradılacaq”

"Səhiyyə qurumlarının mərkəzləşdirilmiş transformasiya ofisi yaradılacaq”.

İslahat.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, həmin qurumların səlahiyyətli nümayəndələri bu ofisdə təmsil olunacaq:

"Bu fəaliyyət bütün səhiyyə qurumları arasındakı münasibətləri optimallaşdıraraq vətəndaşların səhiyyə sistemindən məmnunluğunu təmin edəcək”.

İslahat.az