15 Oktyabr 2019
15:14
587

Nazir müavinindən müəllimlərə və məktəb direktorlarına — XƏBƏRDARLIQ

"Müasir dövrün tələblərinə cavab verməyən, keyfiyyətsiz fəaliyyəti ilə seçilən məktəblərin də olduğunu görürük".

İslahat.az report-a istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, problemlərin həlli ilə bağlı məsələlərə köklü yanaşmağın yolları tapılmalıdır:

"Bu mənada direktorların qarşısında çox ciddi çağırışlar dayanır. Ola bilər ki, direktorlar bu il fəaliyyəti daha yaxşı təşkil edib daha yaxşı nəticələr əldə etsinlər, amma bu problemə sistemli yanaşılmadıqda nəticə səmərəli olmayacaq".

İslahat.az