14 May 2019
14:03
748

Nazir əlilliyin müəyyən olunması qaydaları barədə

Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq.

İslahat.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu günə qədər Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcuddur:

"Amma bu meyarlar beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 meyar üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçüləcək, onun əlilik dərəcəsi müəyyən ediləcək”.

"Bu meyarlar həm Səhiyyə Nazirliyinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindın ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək”, - deyə nazir qeyd edib.
 
İslahat.az