16 Yanvar 2020
16:06
773

Nazir: Bu istiqamətdə bir sıra fəlsəfi yeniliklər olacaq

Fəlsəfə və konseptual baxış odur ki, artıq özəlləşməyə açıq elan olunmuş müəssisələrə yenidən baxılaraq özəlləşdirmə perspektivləri təhlil edilməlidir.

İslahat.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, özəlləşmə məsələsində yanaşmalar, qiymətləndirmələr zaman alan prosesdir:

 

"Bu məsələdə vaxt mühüm amillərdən biridir. Paralel olaraq biz geniş özəlləşdirmə proqramları başlayandan sonra yaradılan dövlət əmlakının istifadəsinin səmərəliliyini də gözdən keçirməliyik. 

Çünki artıq kifayət qədər zaman keçib. Bu müddət imkan verir ki, biz sonrakı dövrdə əmlakın iqtisadi səmərəliliyinin qiymətləndirilməsini həyata keçirək”.

M.Cabbarov bu istiqamətdə ölkə başçısı tərəfindən nazirliyin qarşısına qoyulan məsələlərdən də danışıb:

"Prezidentin qarşımıza qoyduğu iqtisadi diversifikasiyanı, dövlətin iqtisadiyyatda rolunu nəzərə alaraq bu istiqamətdə bir sıra fəlsəfi yeniliklər olacaq”.

İslahat.az