23 Sentyabr 2021
13:15
22297

Nazir: “3,4 faizlik artım proqnozlaşdırırdıq, beynəlxalq partnyorlarımız isə razılaşmırdı”

"Azərbaycanda son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes subyektləri tərəfindən 1 milyard manat dəyərində kredit müraciətləri daxil olub”.

İslahat.az-ın məlumatına görə, bunu "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, onların bir çoxuna 123 milyon manatlıq kreditlər verilib:

"Ölkəmiz illik 3,4 faiz ümumi daxili məhsul artımını proeksiya edib. Beynəlxalq partnyorlarımız bizimlə razılaşmırdı və bu rəqəmin 1,7 faiz olacağını bildirirdilər. İndi isə biz proeksiya edirik ki, bu göstərici 4 faizədək olacaq”.

İslahat.az