Vitaminlərlə zəngin xurma pəhriz xüsusiyyətlərinə malik olmasına baxmayaraq, onu çox yemək təhlükəlidir.
İslahat.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq-dietoloq Ulyana Rumyantseva xəbərdarlıq edib.
"Xurmanın kalori miqdarı 100 qramda cəmi 50-55 kilokaloridir. Giləmeyvə yod, dəmir, maqnezium, kalium, kalsium, fosfor, manqan və A, E, C, B qrupu vitaminləri, beta-karoten və pektinlər kimi mikroelementlərlə zəngindir.
Bununla belə, həkim bu meyvənin çox miqdarda istehlakının mədə pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, buna səbəb giləmeyvənin əsasən qabığında ehtiva etdiyi tanendir, bu maddə mədədə şişkinlik, meteorizm, ağrı və qəbizlik yaradır.
"Şəkərli diabet xəstələri, həmçinin hemoroid, qəbizlik və ishaldan əziyyət çəkən insanlar onu yeməkdən çəkinməlidirlər”, - deyən mütəxəssis, gündə orta hesabla bir xurma yeməyi tövsiyə edir.
"Mədə bağırsaq xəstəliklərindən əziyyət çəkənlər onu qabıqdan təmizləyib yeməli, çiy halda digər qidalarla istehlak etməməlidir. Yaxşı olar ki, yeməkdən 1,5-2 saat ya əvvəl, ya da sonra istehlak edilsin. Termik işlənmiş (bişmiş) xurma ət və quş əti ilə hazırlanan yeməklərə əlavə edildikdə həzm sisteminə o qədər də zərərli təsir göstərmir. Xurma ayrı bir yemək - desert kimi digər meyvələrlə, həmçinin tərəvəz, qoz -fındıq və pendirlərlə salatlarda birləşdirilə bilər”, - deyə həkim sözlərini yekunlaşdırıb.
İslahat.az