23 Oktyabr 2020
17:26
1539

"Münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçə bilər"

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Xalq qəzeti”nə müsahibə verib.

İslahat.az həmin müsahibəni təqdim edir:

– Asim  müəllim, ilk növbədə, Prezident İlham Əliyevin dünyanın aparıcı telekanallarına verdiyi müsahibələrə münasibətinizi bildirmənizi xahiş edirik.

– Mən siyasət adamı kimi,  möhtərəm Prezidentimizin dünyanın tanınmış televiziya kanallarına, o cümlədən KİV-ə verdiyi müsahibələri yüksək dəyərləndirirəm. İndiki məqamda belə müsahubələr  böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, o cümlədən cəbhədə baş verən hadisələr, Ermənistanın işğalçı siyasəti, beynəlxalq hüquq normalarını kobud şəkildə pozması,  müharibə qanunlarına zidd olan qadağan olunmuş silahlardan  istifadə edərək  mülki  əhalini qətlə yetirməsi, yaşayış məntəqələrini, həmçinin digər obyekləri yararsız hala salması barədə dünya ictimaiyyətinə ətraflı məlumat verir. Bu, həmdə ölkəmizin informasiya cəbhəsində də böyük üstünlüyə malik olmasının göstəricisidır.

– Dövlətimizin başçısı Yaponiyanın  "Nikkei” qəzetinə  müsahibəsində  bildirdi ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçə bilər. Sizin bu məsələyə münasibətiniz necədir?

– Prezident İlham Əliyev Ermənistan – Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin  nizamlanmasında  həmişə sülh tərəfdarı olub. Bu, həm də Azərbaycanın mövqeyidir. Problemin beynəlxalq hüquq normaları çərçivəsində, qan tökülmədən həlli istiqamətində bütün vasitələrdən istifadə edir. Dövlətimizin başçısnın bu mövqeyi dünya uctimaiyyəti tərəfindən də dəstəklənir. Ancaq Ermənistan tərəfi  təcavüzkar mövqeyindən əl çəkmir, işğal etdiyi əraziləri azad etmək istəmir.  Dövlətimizin başçısı Yaponiyanın "Nikkei” qəzetinə  müsahibəsində  də bu məqamı diqqətə çatdıraraq dedi ki, Ermənistan tərəfi işğal etdiyi Azərbaycan ərazilərini  boşaldacağına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır,  qaçqın və məcburi köçkünlərimiz dogma yurd- yuvalarına, o cümlədən Dağlıq Qarabağın, həmçinin qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə dönməlidirlər.

Dövlətimizin başçısı dedi ki, Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, həmin  əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra, əlbəttə ki, danışıqlar başlayacaqdır. Cənab Prezident  bildirdi ki, biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal etdiyi  Azərbaycan ərazilərini  boşaldacağını desin. Bundan sonra, əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir.
 
İslahat.az