01 Mart 2021
16:52
10667

“Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib

1 mart 2021-ci il tarixində "Loqos” un Azadlıq filialında Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarına, Azərbaycan Respublikasının 2021-ci il üçün Mülki müdafiə tədbirləri planına əsasən "1 mart – Ümumdünya Mülki Müdafiə Günü” çərçivəsində "Mülki müdafiə və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbiri açıq elan edən "Loqos” un Humanitar məsələlər üzrə müavini Təhminə Cəfərova proqram haqqında geniş məlumat verib və belə bir mövzunun hər zaman aktual olduğunu diqqətə çatdırıb.

Daha sonra "Loqos” un əməkdaşı, təlimçi-ekspert Rəşad Bayramov "Mülki müdafiə və onun əhəmiyyəti” adlı seminar verib. Rəşad Bayramov "Ümumdünya Mülki Müdafiə Günü”nün qeyd olunmasında əsas məqsədin ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etmək olduğunu, mülki müdafiə və əhalinin təhlukəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı maarifləndirmə işlərinin görüldüyünü vurğulayıb, bu məsələdə Fövqəladə Hallar Nazirliyi və digər aidiyatı qurumların fəaliyyətindən bəhs edib.

Seminar zamanı mövzu ətrafında geniş məlumat verilib və mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

İslahat.az