31 May 2019
14:23
565

Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun vaxtı məlum oldu

Dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron sənəd qəbulu iyunun 24-də başlayacaq. 

İslahat.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Murad Camalzadə mayın 31-də media nümayəndələri üçün təlimdə deyib.

Onun sözlərinə görə, sənəd qəbulu 10 gün davam edəcək:

"Müsabiqənin aktiv mərhələsi avqustun 26-da başa çatacaq. Ötən il ölkədə 39 137 şəxs test imtahanı mərhələsində iştirak edib”.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə sənəd qəbulunun vaxtı da açıqlanıb. 

M.Camalzadə deyib ki, müsabiqəyə sənəd qəbulu iyunun 3-də başlayacaq:

"Ərizə qəbulu iyunun 10-dək aparılacaq, ümumilikdə proses iyunun 24-nə kimi davam edəcək”.
 
İslahat.az