18 İyul 2019
14:37
423

Müəllimlərə imtahanda verilən suallardan səkkizi səhv çıxdı

Müəllimlərin 2018-2019 tədris ili üzrə işə qəbul imtahanı başlayandan bu günə kimi 2280 sual cavablandırılıb.

İslahat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, həmin suallar arasında səkkizinin səhv olduğu müəyyənləşdirilib:

"Aşkar edilən yanlış suallara mütəxəssislər tərəfindən baxılıb və həmin sualların cavablarına düzəliş edilib. O cümlədən, imtahan keçirilən müddətdə texniki nasazlıqlarla bağlı müraciətlər olub. Həmin müraciətlər əməkdaşlar tərəfindən yerindəcə həll olunub”.

M.Vəliyeva imtahan bitdikdən sonra texniki nasazlıqla bağlı iddia irəli sürənlərə də səslənib:

"İmtahanın müddəti 90 dəqiqədir. Texniki nasazlıq bu müddət ərzində baş verirsə, iştirakçı problemi imtahan bitməzdən əvvəl deməlidir. O zaman problemin həll olunması imtahan nəticələrinə müsbət təsir edir. Belə ki, nasazlıq aradan qaldırılana qədər onun vaxtı dondurulur. İmtahan bitdikdən sonra irəli sürülən iddialara baxılsa da, bu şəxsin imtahan nəticələrinə heç bir təsir göstərmir. İmtahan zalında kompüterlərdə texniki nasazlıq yaranırsa, bu barədə dərhal məlumat versinlər”.

Nazir müavini onu da əlavə edib ki, imtahanlar bitdikdən sonra Təhsil Nazirliyi 8-24 iyul tarixlərində keçirilən imtahanlarda baş vermiş bütün narazılıqlar, nasazlıqlar və məzmunla bağlı səhvlər barədə açıqlama verəcək.

 
İslahat.az