29 Noyabr 2021
13:08
21299

Ümüd edirəm ki, DİN-i cənab Vilayət Eyvazov bu qanunsuzluğun aradan qaldırılması barədə müvafiq tədbir görəcəkdir-Vəkil Adəm Məmmədov

Hüquqlarını müdafiə etdiyim şəxs nazir müşavirinin sifarişinə əsasən qanunsuz olaraq hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində saxlanılır.

İslahat.az xəbər verir ki, bunu açıqlamasında vəkil Adəm Məmmədov bildirib.

AR Energetika nazirinin müşaviri Məsimova Xalidə Məhəmməd qızı hüquqlarını müdafiə etdiyim şəxs Salamov Namiq Yaqub oğlu xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini hədə-qorxu ilə ələ keçirməyə çalışsa da buna nail ola bilməmişdir. Məhz bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Namiq Salamovu 17.11.2021-ci il tarixdə evinin qarşısında cinayətkar kimi saxlamışdır. Qanunsuz olaraq saxlanıldığı 2 gün ərzində Məsimova Xalidə Məhəmməd qızı bacısı Salamova Sevda ilə İdarəyə gələrək onu təhdid etmiş və zorla qeyri-yaşıyış sahəsini qohumlarının adına keçirəcəyi ilə bağlı ərizə yazdırmışdır.

Namiq Salamov bu özbaşınalığa etiraz etdiyi üçün 26 noyabr 2021-ci il tarixdə yenidən evinin qarşısında cinayət törətmiş şəxs kimi tutularaq qanunsuz olaraq saxlanılmış və baş idarəyə aparılmışdır. AR DİN və AR Baş prokurorluğunun qaynar xəttinə zəng edərək bu haqda məlumat verməyimə, eyni zamanda rəsmi qaydada şikayətlər edilməsinə baxmayaraq, hüquqlarını müdadiə etdiyim şəxs hələ də qanunsuz olaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
Ümüd edirəm ki, daxili işlər nazirliyinin rəhbərliyi bu qanunsuzluğun aradan qaldırılması barədə müvafiq tədbir görəcəkdir.

İslahat.az