23 Oktyabr 2019
14:47
680

Mübariz İbrahimovu təhqir edən psixoloq barədə qərar verildi: Küçə süpürəcək

Xətai rayon Məhkəməsində Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama İbrahimovanın psixoloq Nərmin Şahmarzadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə başa çatıb.

Vəkil Ramil Rüstəmovun İslahat.az-a verdiyi xəbərə görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Vəkil onu da deyib ki, N.Şahmarzadəyə verilən cəzaya görə, o, Xətai rayonu ərazisində küçə süpürəcək.

Qərara əsasən, Nərmin Şahmarzadə 400 saat ictimai işlər cəzası alıb. 

Qeyd edək ki, N.Şahmarzadə ötən il dekabrın 5-də yazdığı statusdan bir neçə gün sonra "Facebook” profilində canlı yayımda Milli Qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib. Məhkəmə Milli Qəhrəmanın anasının şikayətini icraata götürüb.

İslahat.az