04 İyul 2020
11:20
431

Moskvada son sutkada 25 nəfər koronavirusdan ölüb

Moskvada son sutka ərzində daha 25 nəfər koronavirusdan dünyasını dəyişib.

İslahat.az "TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 3929 nəfərə çatıb. Son 24 saat ərzində isə 659 nəfər virusa yoluxub. Hazırda Moskvada 223 min 530 koronavirus xəstəsi var.

154 min 839 nəfər isə xəstəliyə qalib gəlib.

İslahat.az