27 İyul 2020
10:20
347

Moskvada koronavirus qurbanlarının sayı 4,4 minə çatır

Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət olduğu 9 pasiyent ölüb.

İslahat.az xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 4 398 nəfərə çatıb. (Report)
 
İslahat.az