08 Avqust 2020
11:31
852

Moskvada daha 14 nəfər koronavirusdan öldü

Moskvada sutka ərzində daha 14 nəfər koronavirusdan dünyasını dəyişib.

İslahat.az "TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 560-a çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 877 135 ölənlərin sayı isə 14 725 nəfərdir. Ölkədə 178 818 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.
 
İslahat.az