29 Sentyabr 2020
11:18
1632

MN: Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib

Azərbaycan Ordusunun bölmələri düşməni ağır məğlubiyyətə uğratmağa davam edir.

İslahat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

"Bölmələrimiz bir neçə dəqiqə əvvəl Xocavənd (Martuni) rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin "Uraqan” yaylım atəş sistemini məhv edib”.

İslahat.az