13 Aprel 2019
18:03
825

"Miss Angel 2019" gözəllik yarışmasının qala gecəsi keçirildi - FOTOLAR

Black Groupun təşkilatçılığı ilə "Miss Angel 2019" gözəllik yarışmasının qala gecəsi baş tutdu. 

İslahat.az xəbər verir ki, qalibiyyət uğrunda 12 xanım iştirakçı mübarizə aparıb. Qeyd edək ki, qaliblərin müəyyən olunması canlı səs vermə əsasında bəlli olub.

Münsiflər heyətində tanınmış insanlar yer alıb, "High Live Model" akademiyasının rəhbəri Mübariz Allahverdizadə, tanınmış stlist Saxara, "Karate Do" federasiyasının prezidenti Vilayət Əmirov, beynəlxalq moda  təşkilatçısı Pərviz Əzimzadə və sair. Yarışmada 1-ci yeri münsiflərin canlı səs verməsi ilə Turanə İbrahimova qazanıb. Miss Angel 2019 titulunu qazanan Turanə İbrahimova rəqiblərini səs çoxluğu ilə geridə qoyub. Yarışmada 2-ci və 3-cü yerləri Sevda Hacıyeva, Nərmin Tanrıverdiyeva qazanıb. Layihə sosial şəbəkələrdə məhşurlar tərəfindən paylaşılaraq geniş izləyici kütləsi əldə edib. 

Qeyd edək ki, layihənin direktoru tanınmış top model Orxan Orucludur. 

Qala gecəsindən şəkilləri sizə təqdim edirik.
 
İslahat.az