10 Yanvar 2019
16:49
1394

Misir Afrika Millətlər Kubokuna ev sahibliyi edəcək

Afrika Millətlər Kuboku 2019 turnirinin final mərhələsi Misirdə keçiriləcək.

İslahat.az xəbər verir ki, bu haqda Afrika Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

İlkin olaraq turnirin keçirilmə yeri kimi Kamerun seçilmişdi. Lakin ötən ilin noyabrında bu ölkə Afrika kubokuna hazır olmadığı üçün bu hüquqdan məhrum edilmişdi. Belə ki, Kamerunda stadionların tikintisi ilə bağlı problemlər yaranmışdı.

Turnir iyunun 15-dən iyulun 13-dək keçiriləcək və turnirdə 24 komanda iştirak edəcək.

Afrika Millətlər Kuboku 1957-ci ildən keçirilir. Misir dörd dəfə yarışa ev sahibliyi edib ki, bunlardan sonuncusu 2006-cı ilə təsadüf edib. "Fironlar” hamıdan çox – yeddi dəfə öz qitəsinin ən güclü komandası tituluna yiyələnib. Turnirin hazırkıqalibi Kamerun yığmasıdır.

İslahat.az